2023-cü il üçün qəbul edilmiş Büdcə qanununa əsasən, Mərakeşin müdafiə büdcəsi təxminən 11 milyard dollar olacaq.
Ötən illə müqayisədə ölkənin müdafiə büdcəsi 400 milyon dollar artıb. Şimali Afrika ölkəsinin silah təchizatının 91 faizini təmin edən ən iri silah tədarükçüsü ABŞ-dır. 325 min əsgəri olan Mərakeş silahlı qüvvələri hərbi gücə görə 140 ölkə arasında 55-ci yerdədir.
Beynəlxalq əlaqələr professoru, təhlükəsizlik və strateji məsələlər sahəsində ekspert Məhamməd Issam Laarussi hesab edir ki, mütəmadi olaraq iğtişaşlar və ictimai-siyasi gərginliklə üzləşən Afrika qitəsi daxili təhlükəsizliyi qorumaq üçün Mərakeş də daxil olmaqla, ölkələrini silahlanmağa çağırır.
O qeyd edib ki, Mərakeş terrorçu qruplarla mübarizədə vacib rol oynayır. Terrorizm, mütəşəkkil cinayətkarlıq təhdidlərindən və sərhədlərini qoruya bilməyən zəif dövlətlərin mövcudluğu səbəbindən Afrika terrorizm üçün münbit zəminə çevrilib.