Mərc oyunları və digər bu qəbildən olan əməliyyatlar edən şəxslər bilirki , belə əməliyyatlardan əlavə olaraq bank komisiya tutur. Bu tək Azərbaycanda deyil, bütün dünyada qəbul olunmuş bir tendensiyadır. Məsələnin kökü isə, dünya nəhəngləri olan və faktiki olaraq plastik kart bazarını idarə edən Visa və MasterCard tərəfindən əlavə komisiya siyasətinin yeridilməsindən qaynaqlanır.
Qeyd edək ki,bu sistemlər müştərinin hər belə əməliyyat aparmasına görə banklardan, banklar isə öz gəlir və xərclərini nəzərə almaqla bu faizin üzərinə öz faizlərini əlavə edib müştəridən tuturlar.
Banker.azın Visa və MasterCarddan aldığı məlumata görə, onlar banklardan bu tip əməliyyatlara görə kartın növündən asılı olaraq 0.7-1.9% həcmində komisiya tuturlar.
Bəs Azərbaycan bankları müştərilərinə mərc oyunlarında istifadə etdikləri plastik kartdan nə qədər komisiya ödəməyi tələb edir?
Banklar üzrə bu siyahı belədir:
Unique – Qumarxanalarda kartlardan istifadəyə görə haqq, (fişkaların və ya bukmeyker qoyuluşları üçün valyutanın alınması üzrə əməliyyatlar kazinolarda oyunlar, kvazinağd valyutanın alqışı və habelə digər ödəniş valyutalarının alqışı üzrə onlayn valyutaların əldə edilməsi üzrə əməliyyatlar və s.);
Retail – Debet və kredit kartlarından istifadə etməklə ticarət-servis müəssislərində malların və xidmətlərin ödənilməsi;
“Unique” tipli əməliyyatlar (mərc oyunlar, kazino) | ||
Bankın adı | Tarif | Əlavə Şərtlər |
Accessbank | 1,5% (min. 1 AZN/USD/EUR/GBP) | |
Azərtürkbank | 1% (min. 1 AZN/USD/EUR) | ölkədaxili mərc oyunları |
2% (min. 1 AZN/USD/EUR) | ölkəxarici mərc oyunları | |
IBAR | 1 -1,5% (min. 1,57 AZN) | IBAR tərəfindən xidmət olunan ticarət obyektlərində |
1,5 – 2% (min. 5,51 AZN) | Azəricard tərəfindən xidmət olunan digər bankların ticarət obyektlərində | |
1,5 – 2% (min. 7,87 AZN) | Ölkə xaricində və Azəricard tərəfindən xidmət olunmayan digər bankların ticarət obyektlərində | |
Silkway | 1,5% (min. 1.5 AZN/USD/EUR/GBP | Azəricard tərəfindən xidmət olunan digər bankların ticarət obyektlərində |
2% (min. 4 AZN/USD/EUR/GBP | Digər “Unique” tipli əməliyyatlar | |
Kapitalbank | 1% (min. 1 AZN/USD/EUR) | ölkədaxili mərc oyunları |
3% (min. 5 AZN/USD/EUR) | ölkəxarici mərc oyunları | |
Bank of Baku | 1,5% (min. 2 AZN/USD/EUR) | |
Bank Standard | 1,5% (min. 6 AZN/USD/EUR/GBP) | |
ASB | 2% (min. 2 AZN/USD/EUR) | |
Nikoil | 2% (min 2 AZN, 3 USD, 2 EUR) | |
Atabank | 2% (min. 2 AZN/USD/EUR) | |
Agbank | 2% (min. 5 AZN/USD/EUR/GBP) | |
Demirbank | 2% (min. 5 AZN/USD/EUR/GBP/TRY/AED) | |
BTB Bank | 2% (min. 5 AZN/6 USD/6 EUR) | |
VTB | 2% (min. 5 AZN/USD/EUR) | |
Amrahbank | 2% (min. 5 AZN/5 USD/4 EUR) | |
Xalqbank | 2% (min. 6 AZN/6 USD/5 EUR) | |
Unibank | 2% (min. 1 AZN/USD/EUR/GBP) | debet kartları |
4% (min. 1 AZN/USD/EUR/GBP) | kredit kartları | |
Bank Respublika | 3% (min. 3 AZN/USD/EUR) | |
Turanbank | 3% (min. 4 AZN/4 EUR/5 USD) | |
Bank Avrasiya | 3%, min 6 AZN/USD/EUR | |
AFB Bank | 3% (min. 6 AZN/7 USD/7 EUR/5 GBP) | |
Muganbank | 3% (min. 5 AZN/USD/EUR) | |
Caspian Development Bank | 3% (min. 5 AZN/USD/EUR) | |
Rabitabank | 3% (min. 5 AZN/USD/EUR) | |
Expressbank | 4% (min. 4 AZN/4 EUR/5 USD) | |
Yapi Kredi | kartlarla merc oyunlari oynamaq mumkun deyil |
Comments are closed.