Mərkəzi Bankın 21 fevral tarixində manatın məzənnəsinin dəyişməsi haqqında verdiyi qərardan sonra dollarla kredit götürənləri bir çox suallar narahat edir.
Düzdür bu məsələ ilə bağlı Mərkəzi Bank rəsmiləri artıq açıqlama vermişdirlərki, dolllar krediti olan şəxslər geri ödənişləri ödəniş gününə olan məzənnə ilə həyata keçirməlidirlər. Lakin Banker.az Mərkəzi Bank tərəfindən növbəti addımın atılmasını istisna etmirlər – çünki əhalinin itkilərinin çox olması hökuməti hər hansı bir addım atmağa sövq edir.
Banker.az ekspertlərinin fikrincə, kreditini dollarla götürən şəxslər üçün Mərkəzi Bank tərəfindən 0.78- 1.05 AZN arasında bir məzənnə müəyyən olunacağı proqnozlaşdırılır. Dollarla kredit götürən şəxslər isə həmin məzənnəyə əsasən kredit borclarını geri ödəməlidir. Təbii ki, bu hal bankdan dollarla kredit götürənlərə mənfi təsir edəcək. Lakin əgər bu hal baş verərsə daha çox bankların fəaliyyətinə daha ciddi təsir edəcək , itkilər çoxalacaq.