9 C
Baku
Tuesday, December 24, 2024

Mərkəzi Bank əmanətlərin sığortalanma limitinə münasibət bildirib

Banklarda sığortalanan limitlərlə bağlı təkliflər olmuşdu. Hesab edirlər ki, 100 min manat limit olduğuna görə əhali pulunu banklara etibar etmir.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

AMB sədri bildirib ki, bu, belə deyil: “Əhalinin banklarda əmanətləri kəskin artıb. Azərbaycanda 100 min manat limit olduğu təqdirdə, Qazaxıstanda bu rəqəm 38 min təng, Türkiyədə 28 min lirədir. Mərkəzi Bank düşünür ki, 100 min manat kifayət qədər yüksək rəqəmdir və bunun artırılmasına ehtiyac yoxdur. Limit nə qədər çox olarsa, banklar öz balansına daha çox izafi xərclər götürəcək və bu da maliyyə sabitliyinə pis təsir edəcək”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər