20 Aprel 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50102296S dövlət qeydiyyat nömrəli, 250 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 20 investor tərəfindən qiyməti 99.5158 (6.26%) olan 25 sifariş təqdim edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,677,623,600 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.5158 (6.26%) müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 250,000,000.00 manat təşkil etmişdir.
Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.
Notların ödəmə tarixi 18.05.2022-ci ildir.