2017-ci ilin 03 may tarixində BFB-də Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək həyata keçiriləcək.
Dövlət qeydiyyat nömrəsi 50100856S bir notun nominal dəyəri 100 АZN olan notları ümumi həcmi 25 mln. manat təşkil edəcək. Notların tədavül müddəti 28 gün, ödəmə tarixi isə 31 may 2017-ci ilə qədərdir.
AMB qısa müddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər.
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır.
Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir