8 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bank: AML/CFT baxımından fintexlər maliyyə sektoruna böyük təhlükə yarada bilər

Çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə (AML/CFT) tədbirlərini qiymətləndirərkən müəyyən olunub ki, fintexlər maliyyə sektoruna böyük təhlükə yarada bilər.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Toğrul Əliyev Bakıda keçirilən Fintex Sammitində deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank artıq bu tələblərə əsasən yeni bizneslərin təkcə xüsusiyyətlərini deyil, eyni zamanda onların AML/CFT aspektlərini də nəzarətdən keçirəcək:

“Bizim strategiyamıza başqa nəzarət mexanizmləri də daxil ediləcək. Daha incə və strukturlu məlumatlar toplanacaq ki, nəzarət mexanizmləri daha effektiv olsun. Tənzimləyici qurum olaraq daha effektiv tənzimləməni apara bilək”.

O qeyd edib ki, bununla bağlı təbi ki, qanunvericilik də diqqətdən yayınmayacaq.

T. Əliyev əlavə edib ki, Azərbaycanda virtual aktivləri idarə edən təşkilatlara da yeni tələblər qoyulub və həmin təşkilatlar digər maliyyə qurumlarından tələb edilən qaydalara riayət etməlidir:

“Əfsuslar olsun ki, virtual aktivləri idarə edən təşkilatlarla bağlı ayrıca qanun yoxdur. Amma AML/CFT sahəsində vahid tələblər qanunda təsbit olunub. Bu da ölkə Prezidenti tərəfindən təsdiqlənmiş qanundur. Bütün müvafiq dövlət qurumları, o cümlədən Mərkəzi Bank da bu işə cəlb edilib”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər