14 C
Baku
Saturday, November 23, 2024

Mərkəzi Bank: artıq 3-cü aydır ki, illik inflyasiya hədəf daxilində formalaşır

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ötən iclasından bəri illik inflyasiya tempi gözləniləndən daha sürətlə azalıb.

Bunu Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2023-cü ilin noyabrında 12 aylıq inflyasiya 2.6% təşkil edib.

AMB bildirir ki, artıq 3-cü aydır ki, illik inflyasiya hədəf daxilində formalaşır.

Qeyd edək ki, Mərkəzi Bankın hədəf çərçivəsi 2%-6% arasındadır.

“Qiymətlərin aylıq dinamikasında da ötən illə müqayisədə azalma davam edir. Noyabrda deflyasiya müşahidə olunmuş, dövrə qeyri-xarakterik olaraq istehlakçı qiymətlər indeksi 0.2% azalıb”.

Son xəbərlər
Digər xəbərlər