8 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bank: Azərbaycanın cari əməliyyatlar balansının qalığı 5.5 dəfə artıb

Bu ilin I yarısında Azərbaycanın cari əməliyyatlar balansında  10 milyard 330.9 milyon ABŞ dolları məbləğində qalıq yaranıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5.5 dəfə çoxdur.

Ümumi qalıq xarici ticarət balansındakı 13 milyard 022.4 milyon dollarlıq qalıq (3,7 dəfə çox), xidmətlər balansındakı 1milyard 331.7 milyon dollarlıq kəsir (2.4 % çox), ilkin gəlirləri balansındakı 2 milyard 653.5 milyon dollarlıq kəsir (4.8 dəfə çox) və təkrar gəlirlər balansındakı 1 milyard 293.7 milyon dollarlıq qalıq (5.9 % çox) hesabına formalaşıb.

Son xəbərlər
Digər xəbərlər