13 C
Baku
Saturday, November 23, 2024

Mərkəzi Bank bank hesabatları ilə bağlı qaydaya dəyişiklik edib

Azərbaycan Mərkəzi Bankı yerli kommersiya banklarının kapital və onun adekvatlığının hesablanması ilə bağlı qaydada bir sıra dəyişiklər edib.

Banker.az xəbər verir ki, bu barədə AMB-nin İdarə Heyətinin sədri Taleh Kazımov sənədə imza atıb. Dəyişiklik 2020-ci il 24 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” ilə bağlıdır.

Dəyişiklər bunlardır:

  1. 2.1.11-ci yarımbənddən “faiz və ya əsas borc” sözləri “əsas borc və ya əsas borc üzrə faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlər” sözləri ilə əlavə edilsin;
  2. 2.1.18-ci yarımbəndə “kredit” sözündən sonra “, habelə kənd təsəsrrüfatı kreditləri” sözləri əlavə edilsin;
  3. 2.1.22-ci və 2.1.23-cü yarımbəndlər ləğv edilsin;
  4. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.2. Bu Qaydada istifadə edilən digər anlayışlar “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu və həmin Qanundan irəli gələn normativ xarakterli aktlar ilə müəyyən edilmiş mənaları ifadə edir.”;

  1. 9.3.1.7-ci yarımbənd ləğv edilsin;
  2. 9.3.1.9-cu yarımbənddə ikinci halda “dövlət” sözündən sonra “və Mərkəzi Bankın” sözləri əlavə edilsin və həmin yarımbənddə “kağızlarla” sözü “kağızlar ilə” sözləri ilə əvəz edilsin;
  3. 9.3.2.8-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“9.3.2.8. dövlət tərəfindən yaradılmış və bank kreditləri üzrə öhdəliyin yerinə yetirilməsinə zəmanət verən fondların və digər ixtisaslaşmış dövlət qurumlarının zəmanəti ilə manatla verilmiş biznes, o cümlədən kənd təsərrüfatı kreditlərinin qeyd-şərtsiz təmin edilmiş hissəsi;”;

  1. 9.3.2.9-cu yarımbənd ləğv edilsin;
  2. 9.3.3.2-ci və 9.3.4.10-cu yarımbəndlərdə “aktivlər” sözü “tələblər” sözü ilə əvəz edilsin;
  3. 9.3.4.8-ci yarımbəndə “biznes” sözündən sonra “, o cümlədən kənd təsərrüfatı” sözləri əlavə edilsin;
  4. 9.3.5.1-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 9.3.5.2-ci yarımbənd əlavə edilsin:

“9.3.5.2. 20 (iyirmi) faizli risk qruplarına aid edilməyən mikro sahibkarlara milli valyutada verilmiş kənd təsərrüfatı kreditləri.”;

  1. 9.3.6.5-ci və 9.3.6.6-cı yarımbəndlər ləğv edilsin;
  2. 9.3.6.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 9.3.6.9-cu yarımbənd əlavə edilsin:

“9.3.6.9. 20 (iyirmi) faizli risk qruplarına aid edilməyən ailə kəndli təsərrüfatına milli valyutada verilmiş kənd təsərrüfatı kreditləri.”;

  1. 12.5-ci bəndə “borcları” sözündən sonra “və (və ya) müqavilədə göstərilən digər ödənişlər” sözləri əlavə edilsin;
  2. Qaydaya 1 nömrəli Əlavəyə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilsin:

“4. Kredit müqaviləsində faizlərin əvəzinə digər ödənişlər nəzərdə tutulduqda, orta faiz dərəcəsinin hesablanmasında həmin ödənişlərin cəmi nəzərə alınır.”.

Son xəbərlər
Digər xəbərlər