8 C
Baku
Thursday, November 7, 2024

Mərkəzi Bank bankda 10% paya sahib olan səhmdarlar üçün “vəzifə məhdudiyyətini” bir illik təxirə salıb

Azərbaycanda bank səhmdarları Audit Komitəsinin, Riskləri İdarəetmə Komitəsinin, Korporativ İdarəetmə Komitəsinin və Komplayens Komitəsinin üzvlüyü ilə bağlı bəzi şəxslər üçün məhdudiyyəti bir illik təxirə salınıb.

Banker.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri 12 sentyabr 2024-cü il tarixində “Banklarda korporativ idarəetmə Standartlarının qaydası”nın dəyişdirilməsi ilə bağlı qərar imzalayıb.

2023-cü il 28 avqust tarixli təsdiq edilmiş qərara əsasən, 7.6.7-ci yarımbəndinə əsasən, bankın səhmdarları Audit Komitəsinin, Riskləri İdarəetmə Komitəsinin, Korporativ İdarəetmə Komitəsinin və Komplayens Komitəsinin (yaradıldığı halda) üzvü ola bilməzlər.

Bununla belə, əlavə edilmiş dəyişikliyə əsasən, Riskləri İdarəetmə Komitəsinin, Korporativ İdarəetmə Komitəsinin və Komplayens Komitəsinin (yaradıldığı halda) üzvü bankın kapitalında 10 faizədək paya sahib olan səhmdarlara 2025-ci ilin sentyabr ayının 8-dək şamil edilmir.

Son xəbərlər
Digər xəbərlər