21 C
Baku
Saturday, September 28, 2024

Mərkəzi Bank bankların dollar tələbinin yüksəlməsi səbəbini açıqladı

29 mart 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 105 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.

“Hərracda tələbin nisbətən yüksək olması bayram günləri ilə əlaqədar qrafik üzrə 2 hərracın keçirilməməsi səbəbindən yığılmış tələblə əlaqədardır”- deyə, AMB-nin açıqlamasında deyilir.

Bununla da 2022-ci ilin mart ayının ilk 7 valyuta hərracında 454 mln. dollar həcmində valyuta satılıb ki, bu da öncəki ayı 39.3% üstələməsi deməkdir.231323321321

 

Son xəbərlər
Digər xəbərlər