11 C
Baku
Monday, November 18, 2024

Mərkəzi Bank bir gündə daha 60 mln. manatı iqtisadiyyatdan yığır

3 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) iki nömrədə olan notlarının hərracı keçirilib və bununla requlyator sterilizasiya ilə iqtisadiyyatdan pulu aqressiv şəkildə yığmaqda davam edir.

Birincisi AZ2027024705 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün notları və ikinci isə AZ2028024704 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

168 gün notlar. Hərracı zamanı 14 investor (bank nəzərdə tutulur) tərəfindən qiymət intervalı 97.4089 (5.7%) manat və 97.9075 (4.58%) manat olan 20 sifariş təqdim edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 75,257,400 manat olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti  97.7422 (4.95%) və orta ölçülmüş qiyməti  97.8176 (4.78%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 20.04.2023-cü ildir.

252 gün notlar. Hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 95.6480 (6.50%) manat və 96.6970 (4.88%) manat olan 21 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 72 586 500 manat olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 96.4552 (5.25%) manat və orta ölçülmüş qiyməti  96.5448 (5.11%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 13.07.2023-cü ildir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Mərkəzi bankın notları 28, 84, 168 və 252 günlük olmaqla ticarətə buraxılır və təyinatına görə Mərkəzi Bank tərəfindən pul kütləsinin tənzimlənməsi (sterilizasiyası) aləti kimi istifadə olunur.

Buraxılış xüsusiyyətlərinə görə notlar istiqrazlarla eyni kateqoriyaya aid edilir və istiqraz forması olaraq diskontlu istiqraz kimi tədavülə buraxılır. Yəni tədavül müddətinin sonunda emitent tərəfindən investora istiqrazın nominal qiymətlə tam həcmi ödənilir.

Son xəbərlər
Digər xəbərlər