10 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bank BOKT-lərin rolundan “gileylənir”

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadır.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatında deyilir.

Bütövlükdə bank olmayan kredit təşkilatlarının maliyyə sistemində aktivlərinə görə bazar payı 1.3% təşkil edib. 2023-cü ilin ilk altı ayı ərzində 3 bank olmayan kredit təşkilatının lisenziyası ləğv edilmiş, beləliklə fəaliyyət göstərən qeyri-bank kredit təşkilatlarının sayı 92-ə enib. Hazırda fəaliyyətdə olan bank olmayan kredit təşkilatlarından 15-i xarici kapitallıdır ki, onların da 12-də xarici kapitalın payı 50%-dən yüksəkdir.

2023-cü ilin birinci yarımilinə BOKT-lərin sayı 52, Kİ-nın sayı isə 40 olmuşdur. Dövr ərzində BOKT işçilərinin sayı 205 nəfər artaraq 3064 nəfərə çatmış, filiallarının sayı isə azalaraq 287-dən 280-ə enmişdir.

Hesabat dövrü ərzində heç bir quruma yeni lisenziya verilməmişdir. 2023-cü ilin ilk yarımili ərzində BOKT sektorunun balansı genişlənmişdir. Ölkədə fəaliyyət göstərən BOKT-lərin cəmi aktivləri il ərzində 19% (99 mln. manat) artaraq 614 mln. manat təşkil etmişdir. Artan aktivlər əsasən xalis kredit portfelinin genişləndirilməsinə yönəldilmişdir. Dövr ərzində xalis kredit portfeli 14% (57 mln. manat) artmışdır.

 

Son xəbərlər
Digər xəbərlər