Azərbaycan Respublikası Mərkəzi Bankı antiinflyasiya xarakterli pul siyasətini və inflyasiyaya təsir imkanlarını artırmaq istiqamətində tədbirlərini davam etdirir.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinə dair açıqlamasında bildirir.
AMB bildirir ki, “pul siyasəti alətləri bank sisteminin likvidlik mövqeyi və risklər balansı nəzərə alınmaqla” tətbiq edilir.
Avqust ayından məcburi ehtiyatların yeni qaydalara uyğun saxlanması, daimi imkan alətinə tətbiq olunan günlük limitin ləğv olunması və müxtəlif müddətli notlarla müntəzəm hərracların keçirilməsi bank sistemindəki izafi likvidliyi minimuma endirmişdir”- deyə, açıqlamada qeyd edilir.
Banker.az olaraq xatırladırıq ki, həmin qaydadan sonra avqust ayında məcburi ehtiyat normalarının həcmi 2.2 mlrd. manat ekvivalentindən 2.78 mlrd. manata yüksəlsə də, sentyabrda yenidən 2.62 mlrd. manata düşüb.
6.4 MİLYARDLIQ STERLİZASİYA PORTFELİ
Ümumilikdə, Mərkəzi Bankın sterilizasiya portfelinin həcmi (manatla məcburi ehtiyatlar və sterilizasiya yönlü daimi imkan aləti daxil olmaqla) yeni pul siyasəti çərçivəsi işə düşəndən bəri (2022-ci il sentyabrın əvvəli) 3.9 mlrd. manat artaraq 6.4 mlrd. manata çatıb.
10 ay ərzində banklar arasında milli valyutada həm təminatsız, həm də təminatlı pul bazarında bağlanan əqdlərin orta çəkili faiz dərəcələri faiz dəhlizinin dəyişiminə reaksiya vermişdir.
“Böyük nailiyyət kimi ilk dəfə ölkədə banklararası REPO faizlərinin Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət etməsini qeyd etmək olar. Belə ki, oktyabr ayında 1 həftəlik banklararası REPO faizi (1W AINAIB) 8.38% olmaqla faiz dəhlizinin daxilində formalaşmışıb”.