13 C
Baku
Friday, November 22, 2024

Mərkəzi Bank cari ildə inflyasiyanın 5.1%, növbəti ildə isə 5.8% olacağını proqnoz edir

Azərbaycan Mərkəzi Bankının faiz dərəcəsinə dair 2024-cü ilin sentyabrdakı iclasdan bəri ölkədə inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməsə də, potensial olaraq inflyasiya təzyiqləri yarada biləcək qlobal iqtisadi qeyri-müəyyənliklər qalır.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın uçot faiz dərəcəsinə dair press-relizində bildirilir.

Mövcud geosiyasi gərginlik fonunda tədarük zəncirlərində və beynəlxalq daşımalarda fasilələr hələ də davam edir. Bu şəraitdə beynəlxalq bazarlarda əmtəə qiymətlərində mümkün dəyişkənlik idxal inflyasiyasının artması riskləri yaradır. Aparıcı iqtisadiyyatlarda monetar şərait yumşalmağa başlasa da, ümumilikdə sərt olaraq qalır.

İnflyasiyanı artıra biləcək daxili risk faktorlarına isə xərc amillərinin aktivləşməsi, habelə büdcə xərclərinin artımı (cari ilin 9 ayında illik müqayisədə 8.4%) və kredit qoyuluşlarının genişlənməsi vasitəsilə məcmu tələbin izafi artımı aiddir. Qeyd edilir ki, son 1 il ərzində bank sisteminin kredit portfeli 19.9%, o cümlədən biznes kredit portfeli 19.3% artmışdır.

Ümumilikdə, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib. Mövcud siyasətlə baza ssenari üzrə 2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır. Belə ki, yenilənmiş oktyabr proqnozlarına görə illik inflyasiyanın 2024-cü ilin sonuna 5.1%, 2025-ci ildə isə 5.8% olacağı gözlənilir.

Mərkəzi Bank sonuncu dəfə cari iyul iclasında inflyasiya ilə bağlı proqnozu 2024-cü ildə 5.4%, 2025-ci illdə isə 5.5% olacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər