20 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) hər biri 30 mln. manat olan AZ2019024705 dövlət qeydiyyat nömrəli 168 günlük və AZ2020024702 dövlət qeydiyyat nömrəli 252 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə Banker.az-a BFB-dən bildirilir.
Beləliklə, Azərbaycan Mərkəzi Bankı açıq bazar əməliyyatı üzrə 60 mln. manatlıq vəsait cəlb edilib.
Açıq bazarda əməliyyatlar dedikdə əsasən mərkəzi bank tərəfindən qiymətli kağızların alqı-satqısı əməliyyatları nəzərdə tutulur. Mərkəzi Bank adətən hökumətin qiymətli kağızlarının alqı-satqısı ilə məşğul olur (əsasən, banklarla), lakin bununla yanaşı özü də qiymətli kağızların emissiyasını həyata keçirə bilər. Mərkəzi Bank tərəfindən qiymətli kağızlar satıldıqda dövriyyədə olan pul kütləsi azalır (sterilizasiya), qiymətli kağızlar alındıqda isə pul kütləsi artır (emissiya).
168 günlük. Hərracı zamanı 12 investor tərəfindən qiymət intervalı 96.8366 (7%) manat və 98.1226 (4.1%) manat olan 18 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 65,531,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 97.9476 (4.49%) və orta ölçülmüş qiyməti 97.9920 (4.39%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 06.04.2023-cü ildir
252 günlük. Hərracı zamanı 12 investor tərəfindən qiymət intervalı 95.3288 (7%) manat və 97.1440 (4.2%) manat olan 18 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 67,276,900 manat olmuşdur.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 96.6837 (4.9%) manat və orta ölçülmüş qiyməti 96.8204 (4.69%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 29.06.2023-cü ildir.
Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.
Qeyd edək ki, yeni müddətli notların yerləşdirilməsində məqsəd Mərkəzi Bankın sterilizasiya alətlərini müddət üzrə diversifikasiya etməklə gəlirlilik əyrisinin qısamüddətli dövrünü əhatə edən hissəsində faizlərin formalaşmasına şərait yaradılması, bütövlükdə qiymətli kağızlar bazarının inkişafına və bu əsasda banklararası pul bazarının aktivləşməsini dəstəkləməkdir.
Yeni müddətli notlar “faiz dəhlizi” prinsipi tətbiq edilmədən yerləşdirilir. Yəni yeni müddətli notlarla bağlı keçirilən hərraclarda təqdim olunacaq sifarişlər Mərkəzi Bankın faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi diapozonu ilə məhdudlaşmır və faizlər hərrac iştirakçılarının bazar faizləri ilə bağlı gözləntisini əks etdirir.
Notların yerləşdirilməsi üzrə hərracların keçirilməsində yeniliklərdən biri də hesablaşma rejimindəki dəyişikliklərdir. Belə ki, notlarla bağlanmış əqdlər üzrə hesablaşmaların daha rahat icra edilməsi üçün Mərkəzi Bankın bütün müddətlərdə yerləşdirdiyi notları ilə bağlanılan əqdlər üzrə hesablaşmalar T+1 rejimində həyata keçirilir.