4 C
Baku
Tuesday, December 24, 2024

Mərkəzi Bank daha bir repo hərracı təşkil edir

10 mart 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının tərəf qismində çıxış etdiyi Repo hərracı keçiriləcək.

Bu barədə Banker.az-a BFB-dən bildirilir.

Hərracın məbləği 120 milyon manatı əhatə edəcək.

Mart ayından AMB-nin tərəf qismində repo hərracları təşkil olunmağa başlayıb. Belə ki, AMB son bir aydır not hərraclarının təşkilini dayandırıb. Sonuncu dəfə yanvar ayında təşkil edilib. Mart ayında isə hər həftəyə 120 mln. manatlıq repo hərracları keçrilir.

Oxşar yazı: Mərkəzi Bank “pul sovuran” maşınını niyə söndürüb?

3 mart 2023-cü il tarixində Bakı Fond Birjasında nominal üzrə ümumi məbləği 75,561,100 manat, repo faiz dərəcəsi 4.5% – 4.9% təşkil edən bağlanılmış 21 repo əqdi üzrə hesablanmış repo istinad faiz indeksi 1W AINA 6-8 gün üzrə 4.54% olaraq formalaşmışdır.

Repo hərracının parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Hərracın tarixi

10.03.2023

Hərrac vaxtı

10:30-11:00

Hərracın məbləği

120.000.000 manat

Repo müddəti

7 gün

Repo predmeti

AZ2001008351

Repo predmetinin sayı

120.000.000 ədəd

Repo açılış qiyməti

1 manat

Faiz dəhlizi 

6,76%-8,49%

Bir bank tərəfindən verilən sifarişlərin ümumi həcminə limit:

Açılış məbləğləri üzrə ümumi həcm hərracın məbləğinin maksimum 10%-i həcmində

Bir bank tərəfindən verilən sifarişlərin ümumi həcminə limit:

2

Hərracın baş tutması üçün tələb olunan bank sayı

ən azı 5 bank

Son xəbərlər
Digər xəbərlər