7 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bank dövlət qiymətli kağızlar bazarında “mövqe itirib”

Azərbaycanda dövlət qiymətli kağızları bazarı üzrə qiymətli kağızlar bazarı; Azərbaycan Mərkəzi Bankı notları və Maliyyə Nazirliyi tərəfindən dövriyyəyə çıxarılan Dövlət Qısamüddətli İstiqrazları (DQİ) ümumi dövriyyədəki həcminin nominal dəyəri 1 milyard 506,3 milyon manata düşüb.

Banker.az Azərbaycan Mərkəzi Bankına (01.03.2020) istinadən xəbər verir ki, illik 24% azalmalı olub.

Dövriyyədə olan 350 milyon manatı AMB-nın qısa müddətli notları, 1 milyard 156,3 milyon manatı DQİ-lər təşkil edib.

AMB-nın qısa müddətli notları illik 67%, DQİ-lər isə 16% artım edib.

2019-cu ilin 1 fevral tarixində DQİ-lərin ümumi dövriyyədə payı 48,7%  təşkil etdiyi halda, bu il, 76,8%-ə yüksəlib. Mərkəzi Bankın payı isə dövlət qiymətli kağızlar bazarında payı il ərzində 51,3%-dən 30,3%-ə qədər azalıb.

Hazırda DQİ-lərin dövretmə müddəti 126,4 gün, 126,4 gün təşkil edib.

Son xəbərlər
Digər xəbərlər