11 C
Baku
Monday, November 25, 2024

Mərkəzi Bank Dövlət Xidməti ilə əməkdaşlığa başladı

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Azərbaycan Mərkəzi Bankı arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumu Xüsusi Rabitə İnformasiya və Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev və Mərkəzi Bankın sədri Taleh Kazımov imzalayıb. Memorandum XRİTDX və Mərkəzi Bank arasında fəaliyyət istiqamətləri ilə əlaqədar maliyyə bazarları üzrə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində baş verən insidentlər, kiberhücumlar və digər məqsədyönlü hücum cəhdləri barədə məlumat mübadiləsi, eləcədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədini daşıyır.

Həmçinin, anlaşma memorandumu çərçivəsində maliyyə bazarları üzrə sahəvi “CERT”in yaradılması (FinCERT) və akkreditasiya olunması ilə əlaqədər birgə fəaliyyətin təşkili nəzərdə tutulub.

653a1dc4f093a653a1dc4f093b1698307524653a1dc4f0937653a1dc4f0939

***

Bu gün Xüsusi Rabitə və İnformasiya Texnologiyaları Dövlət Xidməti ilə Azərbaycan Mərkəzi Bankı arasında memorandum imzalanacaq.

Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov “Critical Infrastructure Defence Challenge 2023” tədbirində çıxışı zamanı bildirib.

“Bu da iki təşkilat arasında maliyə bazarlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində məlumatlılığın artırılması, qabaqlayıcı tədbirlərin görülməsini sürətləndirəcək”, – deyə Taleh Kazımov vurğulayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər