8 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bank elan etdiyi tenderi baş tutmamış hesab edib

Azərbaycan Mərkəzi Bankı xəzinə infrastrukturunda və pul nişanlarının emalı sahəsində istifadə olunan çeşidləyici və qablaşdırıcı sistemlərin istismarını və informasiya sistemlərinin fəaliyyətini təmin etmək üçün mal-materiallarının satın alınması və metal pul nişanlarının emalı üçün qəpiksayan sistemin satın alınmasına dair élan etdiyi tenderi baş tutmamış hesab edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.

„Azərbaycan Mərkəzi Bankı tərəfindən 2 lotdan ibarət açıq tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq baş tutmamış hesab edilib”, – deyə məlumatda deyilir.

Xəbər verildiyi kimi, tender üzrə təkliflərin qəbulu aprelin 24-də başa çatıb.

Son xəbərlər
Digər xəbərlər