14 C
Baku
Saturday, November 16, 2024

Mərkəzi Bank ESG stress testi üzərində işləyir

Azərbaycan Mərkəzi Bankı (AMB) ESG (Ətraf mühit, Sosial məsuliyyət və Korporativ İdarəetmə) stress testi üzərində işləyir və növbəti illərdə o, məcburi hala gətiriləcək.

Bunu AMB-nin baş direktoru Şahin Mahmudzadə COP29 çərçivəsində təşkil olunmuş “Daha ağıllı uyğunlaşma və yumşaldıcı həllər üçün iqlim riskinin ölçülməsi” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, tədricən ESG riskləri “yaşıl kredit”lər, “yaşıl istiqraz”lar və milli taksonomiya ilə əlaqələndiriləcək: “Həmçinin ESG riskinin idarə edilməsini stress testi çərçivəmizə daxil etməyə çalışırıq. Eləcə də, Beynəlxalq Valyuta Fondu ilə keçid riskləri ilə bağlı bir layihəmiz var. Bu layihə ilə keçid dövrünün təsirlərini müəyyən etmək istəyirik”

AMB rəsmisi qeyd edib ki, yerli maliyyə sistemi üçün ESG prinsiplərinin hazırlanmasına bu ildən başlanılıb: “Bununla bağlı bankların rəhbərliyi üçün bir neçə təlimat hazırladıq. Biz prosesə təlimatlarla başlayırıq. Çünki, tənzimləmə dəyişikliyi və ya siyasətin qurulması bir növ iki kənarı kəskin bıçaqdır. Əgər onu daha sərt tətbiq etsəniz, o, kağız üzərində qalacaq və həyata keçirilməyəcək”.

“Azərbaycanda keçidin təsirlərini müəyyənləşdirmək və maliyyə sisteminin təhlükəsizliyini təmin etmək üçün AMB yol xəritəsi hazırlayıb. İlk növbədə maliyyə sektorunun sorğulanması ilə başladıq. Sorğu ilə Azərbaycanda sektorun məlumatlılığını öyrənməyə çalışdıq. Düzünü desəm, nəticələr o qədər də yaxşı deyildi.
Bundan başqa, təkcə maliyyə sektorunda deyil, mərkəzi bankda potensialın gücləndirilməsinə çalışırıq. Üç gün əvvəl isə Dünya Bankının texniki köməyi ilə hazırlanmış yerli taksonomiyamızı işə saldıq”, – deyə Ş.Mahmudzadə əlavə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər