13 C
Baku
Friday, November 28, 2025

Mərkəzi Bank “exchange”i cərimələyib

Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan nəzarət tədbirləri zamanı valyuta mübadilə məntəqələri “MMK-014” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi valyuta tənzimi ilə bağlı qanunvericilik tələblərini pozub.

Banker.az xəbər verir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən şəxs 1 000 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, iyul ayında eyni şəxsin eyni MMC çərçivəsində “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 3.4 və 3.6-cı bəndlərini pozması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 430.3-cü maddəsinə əsasən 5 060 manat məbləğində cərimə olunduğu bildirilmişdi.

Son xəbərlər
Digər xəbərlər