16 C
Baku
Thursday, October 30, 2025

Mərkəzi Bank “exchange”i niyə cərimələdəyi məlum oldu

Azərbaycan Mərkəzi Bankı valyuta mübadiləsi məntəqəsinə (exchange) “MMK-014” MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edib.

Banker.az əldə etdiyi məlumata görə, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 3.4-cü və 3.6-cı bəndlərinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 430.3 maddəsinə müvafiq olaraq, “MMK-014” MMC-nin vəzifəli şəxsi 5 060 manat məbləğində cərimə edilmişdir.

3.4-cü maddəyə əsasən, valyuta mübadiləsi məntəqəsində nağd xarici valyutanın bir müştəriyə 500  ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10 000 ABŞ dollarına ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.

3.6-cı maddəyə əsasən isə, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən bir fiziki şəxslə aparılan valyuta mübadiləsi əməliyyatının gündəlik həddi 20 000 (iyirmi min) manat və ona ekvivalent məbləğdən artıq olmamalıdır.

Xatırladaq ki, 17 yanvar 2025-ci il tarixində “MMK-014” MMC-yə VMF-07 kodu ilə lisenziya təqdim edilib. Bununla da lisenziyalı “exchange”lərin sayı yeddiyə yeksəlib.

Şirkət Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 2, mənzil 2 qeydiyyatda olacaq, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 45 ünvanında isə fəaliyyət göstərəcək.

“MMK-014” 2024-cü ilin yanvarında təsis edilib və 600 000 manat nizamnamə kapitalı var. Şirkətin direktoru Tural Mikayılov Məhərrəm oğludur.

Son xəbərlər
Digər xəbərlər