Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 25 baza punktu azaldılaraq 8.25%-dən 8%-ə endirilməsi haqda qərar qəbul edib.
Banker.az-a bu barədə AMB-dən məlumat verilir.
“Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyən edilmişdir”, – deyə açıqlamada deyilir.
Bildirək ki, Mərkəzi Bank Uçot dərəcəsini 5 dəfə dəyişib. Belə ki, 2019-cu ilin Fevral ayında 9,25%-ə, Mart ayında 9%-ə, Aprel ayında 8,75%-ə, İyun ayında 8,5%-ə, İyul ayında isə 8,25%-ə endirilib.
Banker.az analitikləri və bir çox maliyyə üzrə ekspertlər AMB-nin bu günkü açıqlamasında faiz dərəcələrinin endirilməsini ehtimal edirdilər.