16 C
Baku
Monday, October 28, 2024

Mərkəzi Bank faizlə bağlı nə qərar verəcək?

Azərbaycan Mərkəzi Bankı (AMB) monetar siyasətdə tənzimlənmə üçün tətbiq etdiyi əsas faiz dəhlizi parametrlərinə dair noyabrın 1-də qərar verəcək. Aşağı səviyyəli illik inflyasiya şəraitində tənzimləyicinin hansı qərarı verməsi bazar tərəfindən maraq doğurur, baxmayaraq ki, bu dəhlizin bazarda hələ də güclü təsiri yoxdur.

Banker.az xəbər verir ki, AMB-nin İdarə Heyəti cari ildə yeddinci dəfə faiz qərarı verir və indiyə qədər yola salınan iclasların 3-də faiz endirimi, qalan 3-də isə gözləmə mövqeyinə çəkilib.

AMB son iclasda eyham vurub ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq.342342342342

Üç iclasdır ki, requlyator faizlərin aşağı həddini 6.25 faiz, yuxarı həddini 8.25 faiz, bençmark sayılan uçot faiz dərəcəsini isə 7.25 faizdə saxlayıb. Bu dəhliz hazırda Mərkəzi Bankın cari vəziyyətə hələ də sərt bir mövqedən çəkilməməsi deməkdir. Bununla belə, onun diqqət mərkəzində olan qiymətlər hədəf götürdüyü diapazonun minumum hissəsinə yaxındır. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ölkədə illik inflyasiya keçən ay 3.5 faizdə sabit qalıb. Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilmiş istehlak qiymətlərinin bazis indeksi 2024-cü ilin sentyabr ayında avqust ayı ilə müqayisədə 0.4 faiz, əvvəlki ilin sentyabr ayı ilə müqayisədə 2.9 faiz, 2024-cü ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 1.5 faiz təşkil edib.

Adətən mərkəzi banklar inflyasiya ilə uçot faiz dərəcəsi arasında korrelyasiya təşkil edirlər. Məsələn, inflyasiyanın aşağı olduğunu görüb iqtisadi artımı yüksəltmək üçün faizlərdə bir qədər yumşalma etməyə çalışırlar.

Lakin tənizmləyici özü də təsdiq edir ki, faizlərin bazara birbaşa güclü təsiri yoxdur. Requlyator düşünür ki, hazırda avtonom faktorlar hesabına uçot faiz dərəcəsinin pul bazarına transmissiyası az təsirlidir, amma bunun bir müddət sonra təsirsiz olacağını düşünürlər.

Bununla belə, Mərkəzi Bank monetar siyasətində 2022-ci ilin yayından daha bir alətini təqdim edir – məcburi ehtiyat normaları. Bu alət hazırda diferensial qaydada tətbiq edilməsi ilə milli valyutanın dəyər qazanmasında mühüm rol oynayır. Mərkəzi Bankın bu alətlə bankların 5 mlrd. 122.1 mln. manatını (1 oktyabr 2024-ci il ytarixinə) hazırda “hərəkətsiz” vəziyyətə gətirib. Üçüncü rübün sonuna ümumilikdə müştərilərin 36 mlrd. 58.9 mln. manat depoziti olub.

Ölkədə böyük bankların əllərindəki depozitlərin bir hissəsini kreditlərə sərbəst yönəldə bilməməsi onları yeni depozit cəlbində stimullaşdırır ki, bu da dolayı yolla depozit faizlərin yüksəlməsini təmin edir. Belə olan şəraitdə əhalinin depozitlərə son illərdə marağı yüksəlir.

Son göstəricilərə əsasən (Qarant.az platforması), indiyə qədər 5-6 faiz aralığında depozit təklif edən əsas banklar indi faizləri 11 faizə qədər artırıb. 2024-cü ilin ilk üç rübündə fiziki şəxslərin müddətli depozitləri 8 milyard 242.78 milyon manat olmaqla cari ilin əvvəlindən 20% artıb. Bu məbləğin 2 milyard 871.01 milyon manatda olan hissəsi xarici valyutada cəlb edilib. Əlavə olaraq manatda depozitləri cəlbedici edən onların aylıq 200 manat faiz gəliri hissəsini vergidən azad etməsi və 18 aylıq depozitlərə 1%-lik güzəştlərdir.

Banker.az-ın İnvestisiya bölməsinin araşdırmasına görə, effektiv faiz göstəriciləri müsbət olaraq qalır. Uçot faiz dərəcəsi ilə illik inflyasiya arasındakı fərq 3.8 faiz bənd olub.

 

 

Son xəbərlər
Digər xəbərlər