Azərbaycanda 2016-cı ildə kreditərə çıxış imkanlarının genişləndirlməsi diqqət mərkəzində saxlanılacaq. Real sektorun, xüsusilə, kiçik və orta sahibkarlığın maliyyə çıxışını artımaq üçün yeni təşəbbüslər göstəriləcək. Faizlərin azaldılması ilə bağlı banklarla aktiv dialoq davam etdiriləcək.
Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən iclasında bildirib. O deyib ki, ipotekanın genişlənsirilməsi də prioritetlərdəndir: “İpoteka Fondunun xətti ilə indiyədək 17 min 500 ailəyə 700 mln. manatdan artıq kredit verilib. Banklar tərəfindən də yarım mlrd. artıq ipoteka krediti verilib. Daşınmaz əmlak daha çox məşğulluq yaradır. Bu baxımdan ipotekanın canlandırlılmadı mühüm əhəmiyyət kəsb edir. Mərkəzi Bank MaliyyəNnazirliyi ilə razılaşdırlılmaqla təklifləri təqdim edib. Burada vəsaiatin artırılması, faizlərin azaldılması nəzərdə tutulur.”
Sədr həmçinin bildirib ki, əmanətlərin sığortalanması sisteminin təklmilləşdirilməsi ilə bağlı işlər aparılır. “Sisteminin əhatə dairəsinin genişləndirilıməsi nəzrədə tutulur.”