22 C
Baku
Wednesday, June 26, 2024

Mərkəzi Bank faizlərin “işə düşməsi üçün” arsenalındakı bütün imkanlardan istifadə edəcək

Azərbaycanın pul bazarında qısamüddətli faizlərin Azərbaycan Mərkəzi Bankının faiz dəhlizi parametrləri ilə eyni istiqamətdə dəyişməsi üçün 2024-cü ildə də AMB arsenalındakı bütün alətlərdən adekvat və çevik şəkildə istifadə edəcəkdir.

Banker.az xəbər verir ki, bu barədə AMB-nin 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

AMB qeyd edir ki, o istifadə etdiyi alətlərin çeşidini inflyasiya mühitində və maliyyə bazarında müşahidə edilən proseslərə uyğun seçəcək:

Pul siyasəti alətlərinin çevik istifadəsi transmissiya mexanizminin səmərəli işləməsinə kömək edəcəkdir. Likvidliyin idarə edilməsində daimi imkan alətlərindən, açıq bazar əməliyyatlarından və məcburi ehtiyatlardan istifadə ediləcək. Alətlərin kəmiyyət parametrlərinə və durasiyasına dair qərarlar bank sisteminin likvidlik mövqeyindən asılı olaraq operativ şəkildə veriləcəkdir. Bank sisteminin likvidlik mövqeyinin müntəzəm qiymətləndirilməsi davam etdiriləcək. Fiskal əməliyyatların bank sisteminin likvidliyinə əhəmiyyətli təsirini nəzərə alaraq qurumlararası informasiya mübadiləsinin genişləndirilməsi təşəbbüsləri davam etdiriləcəkdir.

Ölkədə maliyyə sektorunun sabitliyinin qorunması və onun daha da inkişaf etdirilməsi növbəti ildə də pul siyasətinin effektivliyinə müsbət təsir edən amillərdən biri olacaqdır. Xüsusən də qanunvericilikdə edilən son dəyişikliklərin nağdsız ödənişlərə verəcəyi töhfə pul siyasətinin təsir dairəsini genişləndirəcəkdir. Pul siyasətinin Mərkəzi Bankın digər fəaliyyət istiqamətləri, o cümlədən maliyyə sabitliyi üzrə siyasətlərlə uzlaşdırılması növbəti ildə də diqqətdə saxlanılacaqdır. Maliyyə sabitliyinin qorunması və pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi sahəsində maliyyə sektoru ictimaiyyəti ilə aktiv dialoq davam etdiriləcəkdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər