25 yanvar 2016-cı il tarixində Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilmiş, Mərkəzi Bank tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılmışdır. Hərracda iştirak edən 19 bank tərəfindən məcmu tələb 39,370 mln ABŞ dolları təşkil etdiyindən, sifarişlər 100 faiz təmin olunmuşdur.