Azərbaycan Mərkəzi Bankı ilin sonuna qədər Yaşıl Taksonomiya üzərində işləri yekunlaşdıracaq.
Bunu AmCham Yaşıl Maliyyə Konfransında çıxışı zamanı Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə deyib.
O bildirib ki, Mərkəzi Bank hazırda Yaşıl Taksonomiyanın hazırlanmasının son mərhələsindədir.
Şahin Mahmudzadə əlavə edib ki, maliyyə sektoru Yaşı Maliyyə sahəsində tələbə hazır olmalıdır. “Ümid edirəm ki, Azərbaycan qarşıdakı 5-10 il ərzində yaşıl maliyyə sahəsində dünya üçün ən yaxşı nümunə ola biləcək”- baş direktor əlavə edib.