-1 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bank investorların sığortalanması ilə bağlı mexanizm hazırlayır

Azərbaycan Mərkəzi Bankı İnvestorların sığortalanması istiqamətində iş aparır.

Bunu “PAŞA Kapital İnvestisiya Şirkəti”nin İdarə heyətinin sədrinin müavini Rauf Qurbanov bildirib.

O bildirib ki, Mərkəzi Bank investorların investisiyalarının sığortalanması ilə bağlı sənədin üzərində işləyir.

Bu sənədin əsas məqsədi investorların təhlükəsizliyini, maliyyə resurslarının etibarlı yerlərdə saxlanılması, hər hansı defold halında dayanıqlılığın təmin edilməsi ilə bağlı mexanizmlə bağlıdır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər