-3 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bank ipotekaya ayrılan vəsaitin artırılması ilə bağlı Maliyyə Nazirliyi ilə məsləhətləşmələr aparır

“Əhalinin mənzilə olan tələbatının ödənilməsi üçün alman ipoteka modeli nəzərdən keçirilir”

Azərbaycanda ipotekaya ayrılan vəsaitin artırılması ilə bağlı Azərbaycan Mərkəzi Bankı və Maliyyə Nazirliyi arasında məsləhətləşmələr aparılır.

Bunu bu gün Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

E. Rüstəmov bildirib ki, Beynəlxalq Maliyyə Korporasiyasının qiymətləndirməsinə görə, Azərbaycan ipotekaya olan ilkin tələbat 6 mlrd. ABŞ dolları təşkil edir: “Bu tələbatı ödəmək üçün çox ciddi maliyyə resursları lazımdır. Ölkənin ciddi maliyyə resursları var. Bu maliyyə resurslarından istifadə edirik”.

AMB sədri əlavə edib ki, hökumət yaxın illərdə, o cümlədən 2015-ci ildə ipotekaya ayrılan vəsaitin həcminin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı addımlar atmağı planlaşdırılır.

E. Rüstəmov həmçinin qeyd edib ki, əhalinin mənzilə olan tələbatının ödənilməsi üçün alman ipoteka modeli də nəzərdən keçirilir: “Tikinti” və “Əmanət bankları” haqqında qanun layihəsi artıq hazırdır. Bu olduqca ciddi bir institutdur. Almaniyanın müharibədən sonrakı dağıdılmış mənzil təsərrüfatının bərpasında müstəsna rol oynayıb. Bu bankın aktivləri Almaniyanın ÜDM-nin 30%-ni təşkil edir. Bu, dövlətin iqtisadi canlanma, məşğuliyyət, büdcəyə daxil olan vəsaitlərin artırır. Bu modelin üzərində ciddi düşünürük”.

E. Rüstəmov əlavə edib ki, bütövlükdə Azərbaycanda ipoteka sisteminin yenidən qurulması istiqamətində ardıcıl addımlar atılacaq.

APA

Son xəbərlər
Digər xəbərlər