15 C
Baku
Friday, March 29, 2024

Mərkəzi Bank “JW Marriott Hotel”ə tədbir keçirilməsinə görə ₼34 min verəcək

Azərbaycan Mərkəzi Bankı Mərkəzi bankçılığın yaranmasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı hansı otelin seçilməsi bəlli olub.

Banker.az saytının əldə etdiyi məlumata görə, Bankın buna dair kotirovka sorğusu üzrə Satınalmalar Komissiyasının 06 sentyabr 2019-cu il tarixli qərarına əsasən “Yeni Abşeron Oteli” MMC qalib elan edilib. Bu şirkət Bakı şəhərində beşulduzlu otel “JW Marriott Hotel”nin rəsmi hüquqi adıdır.

Qalib şirkətlə 33 600 manat məbləğində satınalma müqaviləsi imzalayıb.

Bildirək ki, son illərdə bu otel Azərbaycanda bir çox maliyyə qurumlarının tədbirlərin keçirilməsi üçün seçdiyi əsas ünvanlardan biridir.

Xatırlatma!

Köhnə “Abşeron” mehmanxanasının yerində tikilən yeni “JW Marriott Absheron” oteli dünyacə məşhur “Marriott International” şirkətinin Azərbaycan Respublikasındakı ilk otelidir. Otel öz tarixi “Abşeron” adını da saxlayıb.

Son xəbərlər
Digər xəbərlər