6 C
Baku
Monday, December 16, 2024

Mərkəzi Bank kommersiya banklarına məzənnə təminatı verəcəkmi?

Tanınmış iqtisadçı kommersiya banklarının kreditləşməni bərpa etmələrinin yolunu göstərir.

Milli valyutanın ötən ilin dekabrında ikinci devalvasiyaya uğramasından sonra kommersiya bankları əsasən, manatla olan kreditlərin verilişini dayandırıb.

İkinci devalvasiyadan ötən beş ay ərzində manatın ABŞ dollarına münasibətdə müəyyən qədər sabitləşməsinə baxmayaraq, ölkənin kommersiya bankları hələ ki kredit siyasətlərini dəyişməyə tələsmirlər.

Mövzunu şərh edən iqtisadçı Vüqar Bayramov bildirib ki, mövcud vəziyyətdə kommersiya banklarının kreditləşməni bərpa etmələrinin ilkin şərti Mərkəzi Bankın onlara məzənnə təminatı verməsidir:

“Bilirsiniz ki, Azərbaycanda bazar tələblərinə əsaslanan “üzən məzənnə” rejimi tətbiq edilməyib – yəni idarə olunan məzənnə siyasəti həyata keçirilir. Bu amil kommersiya banklarının müxtəlif formalı kreditləşməni dayandırmaları və hələ də bərpa etməmələrində həlledici rol oynayır.Kommersiya banklarını başa düşmək olar, onlar növbəti kəskin məzənnə dəyişikliyi əsasında hər hansı maliyyə riskinə yol vermək istəmirlər.

Ona görə də, kommersiya banklarının kredit verilişini bərpa etmələri ilk növbədə Mərkəzi Bankın onlara məzənnə təminatı vermələrindən birbaşa asılıdır.

Sadə formada izah etsək, Mərkəzi Bank məsələn, qarşıdakı bir il üçün manatın konkret məzənnəsini müəyyənləşdirir və həmin müddətdə bu kursun dəyişməz qalacağına təminat verir. Eyni zamanda, Mərkəzi Banka valyuta bazarında gözlənuilməz situasiya yaranacağı təqdirdə vəziyyətə müdaxilə edərək durumu sabitləşdirməyə dair öhdəlik götürməlidir.

Kommersiya bankları da bu təminatı aldıqdan sonra kreditlərin verilişini bərpa edə bilərlər. Əks halda, onlar özləri üçün riskli sayılan addımı atmayacaqlar”.

-Gün.Az

Son xəbərlər
Digər xəbərlər