7 C
Baku
Tuesday, December 3, 2024

Mərkəzi Bank məcburi ehtiyat normaları ilə bağlı dəyişiklik edib

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər edib.

Banker.az xəbər verir ki, dəyişiklik əsasən aidiyyəti şəxslərlə bağlıdır və onunla bağlı bəndlərə bir sıra əlavələr və redaksiya verilib.

32_2-Mərkəzi Bankının İdarə Heyətinin 2012-ci il 10 iyul tarixli 16_1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər edilmişdir.

Məcburi ehtiyatlar nədir?

Məcburi ehtiyatlar kommersiya bankları tərəfindən cəlb olunmuş depozitlərin mərkəzi bankda məcburi saxlanılan hissəsidir. Məcburi ehtiyat norması qaldırıldıqda bank sisteminin kredit vermək qabiliyyəti məhdudlaşır və beləliklə, iqtisadiyyatda pul kütləsinin həcmi azalır. Mərkəzi Bank məcburi ehtiyat normasını azaltdıqda isə bunun əksi baş verir. Məsələn, bir fərd kommersiya bankına 1000 manat məbləğində əmanət qoyur və məcburi ehtiyat norması 1%-dir. Bu halda kommersiya bankı cəlb etdiyi məbləğin 1%-ni, yəni, 10 manatını Mərkəzi Bankda saxlamalıdır. Nəticədə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin hamısını deyil, 990 manatını kredit resursu kimi istifadə edə bilər. Mərkəzi Bank məcburi ehtiyat normasını 1%-dən 2%-ə qaldırdığı təqdirdə isə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin yalnız 980 manatını kredit kimi verə biləcəkdir.

Son xəbərlər
Digər xəbərlər