14 C
Baku
Tuesday, November 19, 2024

Mərkəzi Bank maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyası hazırlayır

Azərbaycan Mərkəzi Bankı (AMB) Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birgə maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyasını hazırlayır.

Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun, eləcə də “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi, “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində Bakıda keçirilən VI Beynəlxalq Bankçılıq Forumunda bildirib.

“Bu xüsusi, ayrıca istiqamət olacaq. Mərkəzi Bank maliyyə sektorunda kibertəhlükəsizlik sahəsində minimum tələbləri təmin edərək sektorun təhlükəsiz və davamlı çalışmasını gözləyir”, – T.Kazımov qeyd edib.

Xatırladaq ki, Dünya Bankı Qrupunun üzvü olan IFC, fiziki və hüquqi şəxslərin, xüsusilə də mikro, kiçik və orta müəssisələrin (MKOM) iqtisadi fəaliyyətini artırmaq üzrə hökumət səylərinin tərkib hissəsi olmaqla ölkədə rəqəmsal ödənişlər mühitini təkmilləşdirmək üçün Azərbaycan Mərkəzi Bankı ilə 2020-ci ilin avqust ayında müqavilə imzalayıb. IFC Mərkəzi Bank ilə birlikdə bank və müəssisələrin innovativ maliyyə xidmətləri və məhsullarını sınaqdan keçirməyə icazə verən xüsusi tənzimləyici test rejiminin yaradılması üzərində işləyir. Layihə Ani Ödənişlər Sisteminin təkmilləşdirilməsini dəstəkləyir və müştərilərin bank xidmətlərini rəqəmsal yolla, bank filiallarına gəlmədən məsafədən əldə etmələrinə və həmin xidmətlərə çıxışın asanlaşdırılmasına imkan yaradıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər