8 C
Baku
Friday, December 13, 2024

Mərkəzi Bank: Manat aybaay güclənir

Azərbaycan manatının real effektiv məzənnəsi (REM) son bir ayda 1.6 bənd artıb.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankın 2021-ci ilin mart ayı üçün açıqladığı statistik rəqəmə istinad edir.

REM- Manatın ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişiminin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortasını əks etdirir.

Requlyator açıqlayır ki, manatın real effektiv məzənnəsi mart ayı üzrə 102.2 bənd təşkil edib. Manatın REM-i yanvarda 99.9 bənd və fevralda isə 100.6 bənd təşkil edirdi. Mart ayı üzrə qeydə alınan göstərici 2020-ci ilin may ayından (102.8 bənd) bu tərəfə ən yuxarı göstəricidir.

Artım ümumi ilə paralel, qeyri-neft sektoru üzrə də yüksəlib. Fevral ayında qeyri neft sektoru üzrə manatın real effektiv məzənnəsi 97.3 bənd olduğu halda, mart ayında bu göstərici 98.9 bəndə yüksəlib.

Son xəbərlər
Digər xəbərlər