6 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bank: manat rəqibləri qarşısında aybaay möhkəmlənir

2021-ci ilin oktyabrında Azərbaycan manatının məzənnəsi tərəfdaş ölkələrin valyutaları qarşısında möhkəmlənib. Bu da son iki ayda ardıcıl artım tendensiyasının davam etməsidir.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2021-ci ilin oktyabr ayında manatın ticarət tərəfdaşları valyutalarının qarşı real effektiv məzənnəsi 105.5 bənd təşkil edib.

Bu da son bir ayda 2.1 bənd, 2.03% artım deməkdir. İlin əvvəlindən isə 5.6 bənd,            yaxud 5.6% artmışdır.

Qeyri-neft sektoru üzrə manatın real effektiv məzənnəsi (REM) 101.4 bənd təşkil edib ki, bu da son ayda 1.5 bənd artım deməkdir.

REM – Manatın ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişiminin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortasını əks etdirir.

Real effektiv məzənnə

Tarix ümumi qeyri-neft sektoru üzrə
Yanvar 2020        99.6        93.3
Fevral  2020      101.7        95.4
Mart  2020      104.9      100.3
Aprel  2020      107.4      102.7
May  2020      106.3      101.3
İyun  2020      102.8        98.3
İyul  2020      102.1        97.9
Avqust  2020      101.5        98.1
Sentyabr  2020      102.5        99.1
Oktyabr  2020      103.1        99.9
Noyabr 2020      102.7        99.3
Dekabr  2020      100.3        97.1
Yanvar 2021        99.9        96.8
Fevral  2021      100.6        97.3
Mart  2021      102.2        98.9
Aprel  2021      104.0      100.8
May 2020      102.4        99.2
İyun  2021      101.5        98.2
İyul  2021      102.7        99.4
Avqust  2021      102.4        99.1
Sentyabr  2021      103.4      100.0
Oktyabr  2021      105.5      101.4

 

 

Son xəbərlər
Digər xəbərlər