12 C
Baku
Thursday, March 28, 2024

Mərkəzi Bank manatın apreldə ucuzlaşmasının səbəbini açıqladı

Xəbərə əlavə edilib: 25 may 2025

Azərbaycan manatın indeksini formalaşdıran real effektiv məzənnə uzun müddətdir ABŞ dollarının indeksi üzrə korrelyasiya etsə də son ayda eniş edib.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının açıqlamasına istinadən xəbər verir ki, manatın real effektiv məzənnəsi 2022-ci ilin aprelində 3.65 bənd, yaxud 3.1% azalaraq 115.9 bənd təşkil edib.

Real effektiv məzənnə (REM)- manatın ticarət tərəfdaşı olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişməsinin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortalamasını əks etdirir. Yəni milli valyutanın bir neçə valyutaya nəzərən orta çəkili dəyişmə indeksidir.

Real valyuta məzənnəsi ölkələrin idxal və ixrac həcmini müəyyən edən əsas göstəricidir. Əgər real valyuta məzənnəsi azalarsa, onda bu yerli məhsulların xarici məhsullarla müqayisədə daha ucuz olmasına gətirib çıxaracaq və ya əksinə.

Manatın REM-i öncəki ayda 119.5 bənd səviyyəsinə çıxmışdı.

Manat REM-nin qeyri-neft sektoru üzrə indeksi isə 118.6 bənddən 109.3 bəndə düşüb.

“2022-ci ilin aprelində əvvəlki ayla müqayisədə ümumi ticarət dövriyyəsi üzrə hesablanmış nominal effektiv məzənnə (NEM) 2.1%, real effektiv məzənnə isə 3.1% ucuzlaşmışdır” deyə, Azərbaycan Mərkəzi Bankından Banker.az-ın sorğusuna bildirir.

Requlyator əlavə edir ki, apreldə NEM-in ucuzlaşmasının əsas səbəbi Rus rublunun, Qazax tengesinin, Gürcü larisininUkrayna qrivnasının manata nəzərən bahalaşmasıdır. NEM-in ucuzlaşması və ticarət tərəfdaşlarında inflyasiya səviyyəsinin daxili inflyasiyadan yüksək olması REM-in ucuzlaşmasını şərtləndirmişdir.

Manat ABŞ dolları ilə necə korrelyasiya təşkil edir?

Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsini 2017-ci ilin martında 1.7000 səviyyəsində saxlayıb. Belə olan halda manatın digər valyutalara qarşı məzənnəsi ABŞ dollarının onlarla olan kursuna nisbətdə hesablanır. Bu da ABŞ dollarının bahalaşmasından sonra manatın da ticarət tərəfdaşlarının valyutalarına qarşı bahalaşması və ya əksi baş verdiyi halda ucuzlaşması baş verir.

ABŞ Federal Ehtiyatlar Sistemi son 40 illik inflyasiyaya cavab tədbiri olaraq sərt pul siyasətinə əl atıb. ABŞ FED-i mart ayından başlayaraq hər iclasda 0.5 faiz bəndi artırmağı planlayıb. Bu da dünyada əksər sərbət döpnərli valyutalarının satış təziyiqi ilə üzləşməsinə gətirib çıxarıb. EUR/USD cütlüyü hətta son 20 ilin minimumunda ticarət olunmadadır.

2344234

Altı əsas valyuta səbəti qarşısında formalaşan ABŞ dollarının indeksi aprel ayında 100 bənd səviyyəsini ötüb. Aprel ayında dolların indeksi 4.68% artımla 103 bəndə çatdı. Həmin ayda isə ən aşağı hədd 98.345 bənd və ən yüksək hədd isə 103.95 təşkil etdi.

Manat REM-nin düşdüyü halda, ABŞ dollarının indeksindəki artım fərqli səbəblərdən östərilə bilər. Məsələn, dolların indeksini – avro, yapon yeni, ingilis funtsterlinqi, kanada dolları, isveçrə frankı və isveç kronu formalaşdırır. Lakin manatda bu 44 ölkənin valyutası ilə formalaşır. Hansı ki, onlardan bir çoxu son ayda kəskin dəyər itirdikdən sonra korreksiya edərək ABŞ dollarına qarşı itkilərinin bəzi hissəsini bərpa etmişdilər.

Manatın xarici valyutalara qarşı rəsmi orta məzənnəsi
Valyuta  Mart 2022  Aprel 2022 Aylıq dəyişmə
ABŞ dolları          1.7000     1.7000 0.00%
AVRO          1.8757     1.8415 -1.82%
Avstraliya dolları          1.2506     1.2559 0.42%
BƏƏ dirhəmi          0.4628     0.4628 0.00%
Çin yuanı          0.2680     0.2647 -1.23%
Danimarka kronu          0.2521     0.2476 -1.79%
Honkong dolları          0.2174     0.2168 -0.26%
İngilis funt sterlinqi          2.2386     2.2055 -1.48%
İran rialı**          0.0040     0.0040 0.00%
İsveç kronu          0.1776     0.1783 0.40%
İsveçrə frankı          1.8281     1.8023 -1.41%
Israil şekeli          0.5243     0.5255 0.22%
Kanada dolları          1.3414     1.3487 0.54%
Kuveyt dinarı          5.5962     5.5716 -0.44%
Livan funtu**          0.1126     0.1125 -0.07%
Misir funtu          0.1062     0.0923 -13.10%
Norveç kronu          0.1920     0.1914 -0.32%
Polşa zlotası          0.3954     0.3962 0.19%
Sinqapur dolları          1.2515     1.2459 -0.44%
Türk lirəsi*          0.1167     0.1156 -0.93%
Yapon yeni**          1.4430     1.3482 -6.57%
Belarus rublu**          0.6186     0.6186 0.00%
Gürcü larisi          0.5251     0.5553 5.75%
Qazaxıstan tenqesi          0.0034     0.0037 10.01%
Qırğız somu          0.0171     0.0197 15.29%
Moldova leyi          0.0923     0.0923 0.01%
Özbək somu**          0.0153     0.0151 -1.17%
Rusiya rublu          0.0155     0.0211 36.01%
Tacik somonisi          0.1462     0.1355 -7.31%
Türkmən manatı**          0.4857     0.4857 0.00%
Ukrayna qrivnası          0.0565     0.0574 1.65%
Argentina pesosu          0.0156     0.0151 -3.32%
Braziliya rialı          0.3386     0.3593 6.11%
Hindistan rupisi          0.0224     0.0223 -0.17%
İndoneziya rupiası          0.0119     0.0118 -0.57%
Meksika pesosu          0.0823     0.0847 2.91%
Səudiyyə Ərəbistanı rialı          0.4531     0.4533 0.03%
CAR randı          0.1130     0.1135 0.47%
Cənubi Korea vonu          0.1395     0.1378 -1.22%
Yeni Zelandiya dolları          1.1653     1.1517 -1.16%
Çexiya kronu          0.0750     0.0754 0.54%
Malayziya Rinqqiti          0.4050     0.3988 -1.55%
Çil pesosu          0.2124     0.2087 -1.74%
Tayvan dolları          0.0600     0.0584 -2.52%
* 01.01.2006 tarixinə kimi 1000 valyuta vahidi
** 01.01.2005 tarixindən etibarən 100 valyuta vahidi
Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı

 

 

Son xəbərlər
Digər xəbərlər