8 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bank manatın dayanıqlı olması ilə ‘öyünür’

Cari ildə milli valyutamızın [manat – AZN] məzənnəsi ölkədə makro-iqtisadi və maliyyə sabitliyinin başlıca lövbəri kimi çıxış etməklə nəinki regionda, hətta inkişaf etməkdə olan ölkələrin (İEOÖ) valyuta qrupunda özünü dayanıqlı valyutalardan biri kimi göstərmişdir.

Banker.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyir.

2019-cu ildə daxili valyuta balansında təklif tələbi üstələmiş, manatın məzənnəsi bahalaşma təzyiqləri altında olmuşdur. Valyuta təklifi əsasən tədiyə balansının profisiti, fiskal məqsədlər üçün istifadə olunan neft gəlirləri və de-dollarizasiya meyilləri ilə dəstəklənmişdir.

Son xəbərlər
Digər xəbərlər