10 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bank manatın mövqeyinin güclü olduğuna siqnal edir

Azərbaycanın 2024-cü ilin əvvəlindən bəri də valyuta bazarında tarazlıq qorunmuşdur.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı uçot faiz dərəcəsinə dair press-relizində bildirir.

İlin ötən dövründə Mərkəzi Bank tərəfindən təşkil edilən valyuta hərraclarının bir neçəsində valyutaya tələb artmışdır. Buna səbəb dövlət investisiyaları və özəl sektorun istehlakının aktivləşməsi nəticəsində idxalın maliyyələşməsinin genişlənməsidir. 2024-cü ilin 2 ayında qeyri-neft investisiya qoyuluşları ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.1% artmışdır ki, bunun da əhəmiyyətli hissəsi daxili mənbələr hesabına maliyyələşmişdir.

Valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. 2023-cü ilin yekunu üzrə tədiyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun 11.5%-i səviyyəsində profisit olub.

Ticarət balansında 2024-cü ilin ilk 2 ayında 2.3 mlrd. ABŞ dolları məbləğində profisit formalaşıb.

AMB  qeyd edir ki, proqnozlara əsasən mövcud meyillərin davam edəcəyi təqdirdə 2024-cü ilin yekunu üzrə də cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir. Yanvar proqnozuna əsasən cari əməliyyatlar hesabının 7-8 mlrd. ABŞ dolları həcmində profisitli (qalıq) olacağı proqnoz edilir.

“Bununla yanaşı fevralda depozit dollarlaşmasının azalmaqda davam etməsi yığım vasitəsi kimi manata inamın qorunduğunu göstərir”- deyə, requlyator əlavə şərh kimi bildirir.

“Belə ki, fevralda maliyyə sektoru çıxılmaqla hüquqi və fiziki şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi yanvar ayına nəzərən 1.3 faiz bəndi, ötən ilin fevral ayı ilə müqayisədə isə 9 faiz bəndi azalmışdır”.

Bildirilir ki, manatın nominal effektiv məzənnəsinin (2023-cü ildə 19.3% və 2024-cü ilin ilk 2 ayında 1.8%) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib.

Son xəbərlər
Digər xəbərlər