30 C
Baku
Friday, August 15, 2025

Mərkəzi Bank növbəti iclasda faiz endiriminə işarə edir

Xəbər verdiyimi kimi Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 7.25% səviyyəsində dəyişməz saxlayıb.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın faiz dəhlizinin parametrlərinə dair press-relizdə qeyd edilir.

Faiz dəhlizinin aşağı və yuxarı hədləri müvafiq olaraq 6.25% və 8.25% olaraq qalıb.

AMB-nin açıqlamasına görə, qərar inflyasiya göstəriciləri, xarici və daxili iqtisadi amillər nəzərə alınmaqla verilib.

Qeyd olunub ki, inflyasiyanın xarici mühitində qeyri-müəyyənliklərin azalması növbəti iclasda uçot dərəcəsinin azaldılması üçün zəmin yarada bilər.

Növbəti faiz qərarı 2025-ci il iyulun 23-də açıqlanacaq.

Qeyd edək ki, AMB sonuncu dəfə 2024-cü ilin may iclasında faizləri endirib və ondan sonra faizlərə toxunmayıb.

Son xəbərlər
Digər xəbərlər