19 C
Baku
Wednesday, May 15, 2024

Mərkəzi Bank: Qeyri-neft sektoruna birbaşa xarici investisiyalar 35% azalıb

Bu ilin ikinci rübündə Azərbaycana birbaşa xarici investisiyalar 3 milyard dollar təşkil edib.

Bunu bu gün keçirilən brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.

O bildirib ki, bunun 717 milyon dolları qeyri-neft sektoruna yatırımlar təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 35 % azdır.

Azərbaycana birbaşa xarici investisiyaların həcminə görə, Böyük Britaniya birinci (896 milyon dollar), Türkiyə ikinci ( 575 milyon dollar), Kipr üçüncü ( 385 milyon dollar) və Rusiya (245 milyon dollar) dördüncü olub.

Ölkədən birbaşa xarici investisiyaların repatriasiyası 3.6 milyard dollar təşkil edib.

Samir Nəsirov əlavə edib ki, ölkədən xaricə yatırılmış birbaşa investisiyalar 620 milyon dollar təşkil edib. Burada isə 97 milyon dollarla Niderland Krallığı birinci, 77 milyon dollarla Honkonq ikinci olub. ABŞ və BƏƏ siyahıda növbəti yerləri tutub.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər