Azərbaycan Mərkəzi Bank pul siyasəti ilə bağlı növbəti qərarlarını da daxili və xarici inflyasiya risklərini, faktiki və gözlənilən inflyasiyanın hədəfdən yayınma dərəcəsini nəzərə almaqla qəbul edəcək.
Banker.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı bu gün faiz dəhlizinə dair iclasında bildirib.
Mərkəzi Bank bundan sonra da inflyasiya amillərinin dərin təhlilini davam etdirəcək, monetar şərait vasitəsilə inflyasiyanı hədəf çərçivəsinə qaytarmaq üçün sərəncamındakı bütün alətlərdən adekvat istifadə edəcəkdir.
İnflyasiya təzyiqlərinin davamlı səngiməsi halında pul siyasətinin sərtləşdirilməsində ən azı cari ilin sentyabrınadək pauza götürülməsi, sonrakı mərhələlərdə isə onun yumşaldılması imkanları nəzərdən keçiriləcəkdir.