BANKER.AZ — Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ili də faizlərin artımı iqtisadiyyatda işləməsini təmin etmək üçün tədbirlər görəcəyi indidən məlumdur, lakin bunun işləyib-işləməyəcəyi əsas müzakirə mövzusudur.
1 fevral tarixində Mərkəzi Bankın İdarə Heyətinin faizlə bağlı hansı qərar verməsi media və investorların da maraq dairəsindədir.
Mərkəzi Bank ötən il 7.25%-lik uçot dərəcəsi ilə 2022-ci ilə start götürüb, ili 8.25% ilə tamamladı. 4 dəfə və hər birində 25 baza, yaxud 0.25 faiz bəndi artıma getməklə ümumilikdə cəmi 100 baza bəndi artıma nail oldu. Məsələn dünyanın “mərkəzi bankı” sayılan Federal Ehtiyat Sistemi ötən il 0.25% ilə start verib 4.00%-ə qədər sərt siyasətlə ABŞ dollarını sanki dünyadan ABŞ doğru sormağa başladı. Nəticədə ABŞ valyutası son onilliklərin maksimumlarına yüksəldi və Azərbayanın əsas ticarət tərəfdaşı olan Avrozona pulu üçün çox ağır dönəm oldu. Avro/dollar son 20 ildə ilk dəfə nəinki paritetə, ondan da aşağı düşdü.
Düzdür Azərbaycanın Mərkəzi Bankının növbəti addımı yerli bazar üçün kəskin həssaslıqla izlənilmir. Ona görə ki, faiz dəhlizi hələ də Azərbaycanda monetar alət kimi güclü sayılmır. Baxmayaraq ki, yeni sədr bu istiqamətdə çox ambisyalıdır, lakin buna hələ var. Mərkəzi Bank özü Banker.az-a demişdi ki, faizlərin təsiri üçün 8 rüb keçməldir ki, pul siyasətinin transmisyası həyata keçsin.
Bunula belə, AMB ötən ilə açıq bazar əməliyyatları ilə də faizlərin bazarda effekt verməsi üçün çalışmağa başladı. Faiz dərəcəsinin aşağı həddini 6.25%-dən 4.00%-ə endirdi ki, sərfəli xərclə manatı not emissiya etməklə iqtisadiyyatdan yığa bilsin. Bunun üçün ilin son rübündə hər həftəyə 120 mln. manatı iqtisadiyyatdan yığırdı. AMB notlar emissiya etməklə bir növ bankları kreditdən çox depozitə meyilləndirir. Sterilizasiya ilə pulun inflyasiyasının qarşısını alır. Lakin burada rəqəm kiçik və eləcə də müəyyən notların vəsaitləri müddət sonra yenidən bazara qayıdır.
AMB ötən ilin ikinci yarısından məcburi ehtiyat normaların qaldırdı. Bu deməkdir ki, əhali və şirkətlərin vəsaitləri banklara yerləşdirldiyi halda onların bir hissəsi ehtiyat kimi məcburi Mərkəzi Bankda saxlanılır. İyula qədər 1%-i məcburi ehtiyat kimi saxlanlırdısa, indi bu rəqəm 5%-ə qalxıb. Məsələn, yay aylarında 200 mln. manat ekvivalentdinə pul AMB-də qalırdısa, indi bu rəqəm 1 mlrd. üzərindədir.
Son not hərraclarında onların gəlirliliyi müddətdən aslı olaraq son 4 ilin maksimumuna çıxıb. 28 günlük notların orta gəlirliliyi 6.71%-ə yüksəlib. Bu son üç ayda ikiqat artımdır.
Azərbaycanda inflyasiya isə dekabrda da 14%-ə qədər yüksəlmiş oldu. Avropa, ABŞ və digər iri iqtisadiyyatlar Ukraynadakı müharibə şokundan son 4 on illiyin maksimum inflyasiyası ilə üzləşsələr də, son üç ayda qimət artımları azalmağa başladı. Amma Azərbaycanda inflyasiya hələki artan xətlə gedir.
Banker.az AMB-nin uçot faiz dərəcəsinin hansı qərarı verə biləcəyini iqtisadçılarla sorğu edib. Böyük hissəsi bir qədər gözləmə mövqeyinə çəkilərək sabit saxlayacağını proqnoz edir. Uçot faiz dərəcəsinin aşağı həddinə toxunulacağını da ehtimal edən var. Lakin faiz dərəcəslərinin hətta 50-75 baza bəndi artımı da ehtimal edilir. Reallıqda isə dayanmaq bilməyən inflyasiyanı cilovlamaq üçün Mərkəzi Bank faiz artımında tərəddüd etməməlidir.