Azərbaycan Mərkəzi Bankının xarici valyuta ehtiyatlarının həcmi 31 avqust 2023-cü il tarixinə 9 milyard 364.4 milyon ABŞ dolları təşkil edib.
Bunu Banker.az AMB-nin rəsmi internet səhifəsinə istinad edir.
Bununla da Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi təkcə avqust ayında 120 milyon dollar (1.3%), ilin əvvəlindən 303 milyon dollar (3.34%) və son bir ildə isə 1 milyard 861 milyon dollar (25.1%) artmış olub.
Qeyd edək ki, 5 son aylarda Azərbaycanda ABŞ dollarına tələb aşağı düşüb. Bankların əhaliyə satdığı dollar alışdan aşağı düşüb. AMB son faiz iclaslarında bildirib ki, Mərkəzi Bank valyuta bazarındakı şəraitdən yaralanaraq alışyönlü olub. Yəni, əlindəki manatı xarici valyutaya çevirib.