9 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bank: Stress-testlər göstərir ki, bank sektoru ən pessimist ssenaridə belə ödəniş qabiliyyətini qoruyub

“Hazırda Azərbaycanın bank sektoru qlobal və daxili iqtisadi situasiyaya adaptasiya olunur”.

“APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin növbəti plenar iclasında Azərbaycanın 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

E. Rüstəmovun sözlərinə görə, AMB-nin maliyyə sabitliyi siyasəti bankların dayanıqlığı və kredit aktivliyi arasında düzgün balansın təmin olunmasına yönəlib: “Hazırda banklar iqtisadiyyatı kreditləşdirməkdə davam edir. İl ərzində 7,5 mlrd. manat, o cümlədən 5 mlrd. manatdan çox biznes krediti verilib”.

AMB rəhbəri əlavə edib ki, bankların kredit portfelinin keyfiyyəti qənaətbəxşdir: “Vaxtı keçmiş kreditlərinin xüsusi çəkisi cəmi 6,5%-dir. Sektorun maliyyə dayanıqlığını əsas göstəricisi olan kapital adekvatlığı 17%-dir. Bu göstərici beynəlxalq standartlara görə, 8% olmalıdır. Sektorun məcmu kapitalı son ildə iki dəfə artaraq 4,2 milyard manata çatıb. Bankların likvidliyi 60-70% olmaqla, minimum tələbləri iki dəfədən çox üstələyir. Stress-testlər göstərir ki, bank sektoru ən pessimist ssenaridə belə ödəniş qabiliyyətini qoruyub saxlaya bilir”.

Son xəbərlər
Digər xəbərlər