10 C
Baku
Saturday, November 23, 2024

Mərkəzi Bank: bank sektorunda təmərküzləşmə var, amma yuxarı deyil

Azərbaycan bank sistemində təmərküzləşmə (sektorun bir və bir neçə əldə cəmləşməsi) səviyyəsi aşağı və orta təmərküzləşmə sərhədindədir.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının Maliyyə sabitliyi üzrə 2021-ci il üzrə hesabatına istinad edir.

Mərkəzi Bank qeyd edir ki, təmərküzləşmənin qiymətləndirilməsi üçün beynəlxalq təcrübədə geniş istifadə olunan Herfindahl-Hirschman İndeksi – HHİ bank sistemində aşağı və orta səviyyəli təmərküzləşməni göstərir.

(HHİ indeksi beynəlxalq təcrübədə bazarlarda rəqabətliliyin səviyyəsi və təmərküzləşməni qiymətləndirmək üçün istifadə olunur. Amerika Birləşmiş Ştatların Ədliyyə departamentinin təcrübəsinə əsasən bu indeks əsasında bazarlar 3 hissəyə ayrılır: aşağı səviyyədə təmərküzləşmiş bazarlar (HHİ<1500), orta səviyyədə təmərküzləşmiş bazarlar (1500<HHİ<2500), yüksək səviyyədə təmərküzləşmiş bazarlar (HHİ>2500). HHIın dəyəri 0-10000 arasında dəyişə bilər.)

“Bunun səbəbi sektorda xırda və orta həcmli bankların sayının çox olmasıdır. Belə ki, kredit portfeli, depozit portfeli və aktivlərin sistem üzrə payına görə HHİ müvafiq olaraq 1017, 1741 və 1567 təşkil edir. Bu da kredit portfeli üzrə sektorun aşağı səviyyədə, aktivlər üzrə sektorun orta səviyyədə təmərküzləşmə (1500>) sərhədi ətrafında, depozit portfeli üzrə isə orta səviyyədə təmərküzləşmənin olduğunu göstərir”- deyə Mərkəzi Bankın açıqlamasında qeyd edilib.

Qeyd edək ki, son 3 ildə sektorda təmərküzləşmənin artımı müşahidə olunur.

23232432432434545453

Son xəbərlər
Digər xəbərlər