5 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi Bank tərəfindən “POS-terminal” haqqında animasiya hazırladı

Mərkəzi Bank tərəfindən 2011-ci ildən etibarən icra edilən əhalinin maliyyə savadlılığının artırılması tədbirləri 2015-ci ildən etibarən mahiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.

Belə ki, Mərkəzi Bank tərəfindən bu məqsədlə yaradılmış maliyyə savadlılığı portalında (www.bizimpullar.az) mütəmadi olaraq yeni maarifləndirici animasiyalar yerləşdirilir. Qeyd olunan maarifləndirici materiallardan biri kimi hazırlanan “POS-terminal” adlı animasiyada nağdsız ödənişlərin həcminin artırılmasının vacibliyini nəzərə alaraq nağdsız ödənişlərin üstünlüyü və pos-terminaldan istifadə qaydaları ətraflı izah edilmişdir.

Videoçarxa aşağıdakı linkdə baxa bilərsiniz:
https://bizimpullar.az/popup/media/119?cat=Blocks

Xatırladırıq ki, Portal istifadəçilərin mobil cihaz və yaxud kompüter vasitəsilə hər anda rahat şəkildə maariflənməsinə xidmət edir. Portalda iqtisadiyyat və maliyyə sahəsində informativ materiallar, bank xidmətləri və mərkəzi bankçılığa dair izahedici animasiyalar, iqtisadi məzmunlu oyunlar və kalkulyatorlar, virtual muzey və məktəblilər üçün rubrika yer almışdır. Həmçinin, xəbərlər bölməsinə daxil olaraq Mərkəzi Bankın maliyyə savadlılığı istiqamətində həyata keçirdiyi tədbirlərlə tanış olmaq mümkündür.

Son xəbərlər
Digər xəbərlər