Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul edib.
Banker.az xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov vidoformatda təşkil edilmiş press-konfransda bildirir.
Sədr bildirir ki, uçot dərəcəsi 6.25%, dəhlizin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində, sabit saxlanılmışdır.